Ərdoğandan İrana sərt mesaj: "Cavab verəcəyik!"

Ərdoğandan İrana sərt mesaj: "Cavab verəcəyik!"
16:47 04.03.2026
726
"Türkiyə İrandan atılan raketin vurulmasından sonra istənilən düşmənçilik hərəkətinə cavab verəcək".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ölkəsi NATO ilə məsləhətləşmələri davam etdirəcək.

Xatırladaq ki, Türkiyənin hava məkanına yönələn ballistik raket vurulub. Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərinə görə, İran ərazisindən atılan raket Suriyanın hava məkanında vurulub. İtki yoxdur.

Qeyd olunub ki, Aralıq dənizinin şərqində olan NATO qüvvələri tərəfindən vurulan raketin qalıqları Türkiyənin Hatay vilayətinin ərazisinə düşüb.
OXŞAR XƏBƏRLƏR