Ərdoğandan müxalifətə satirik cavab gəldi

DÜNYA
01:15 28.04.2013
1297
Türkiyə ana müxalifətinin lideri Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu PKK-nın Türkiyədən geri çəkilməsinə münasibət bildirib. O, bu dəfə də Türkiyə hökumətinin ünvanına sərt bəyanatlar səsləndirib.K. Kılıçdaroğlu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı PKK ilə danışıqlar prosesi ilə bağlı danışmamaqda ittiham edib: “Masanın bir küncündə Abdullah Öcalan, digər küncündə isə Rəcəb Tayyib Ərdoğandır. Bir küncündə AKP var, digər küncündə PKK. İkisi indi Türkiyə üzərində planlar qurur. Rəcəb Tayyib Ərdoğan sənin gücün və ağlın Türkiyə üzərində planlar qurmağa əsla yetməz. Qayıdıb bizdən soruşurlar “Siz niyə susursunuz?”, mən də soruşuram ki, “masanın bir küncündəki danışdı, sən niyə danışmırsan, dilinimi udmusan? “Mən bu proseslə bağlı danışmaram” deyir, bəs 76 milyon vətəndaş kimin ağzına baxsın? Niyə danışmırsan? Niyə danışa bilmirsən?”K. Kılıçdaroğlunun bu sərt bəyanatına Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın cavabı özünü çox gözlətməyib. Ərdoğan Kılıçdaroğlunun “Bizə heç nə danışmırlar” deməsinə Molla Nəsrəddin lətifəsi ilə cavab verib.

OXŞAR XƏBƏRLƏR