Ərdoğandan üzr istəmiş keşişi xain elan etdilər

Ərdoğandan üzr istəmiş keşişi xain elan etdilər
DÜNYA
12:44 19.06.2016
1932
Ermənistan parlamenti bugünlərdə Konstantinopol patriarxlığının canişini, Erməni apostol kilsəsinin arxiyepiskopu Aram Ateshian-ın bu ölkəyə səfər edib-etməməsini müzakirəyə çıxarıb. Səbəb onun Türkiyə prezidenti Recep Tayyip Erdoğan-a yazdığı məktubdur. Aram Ateshian həmin məktubda Almaniya Bundestaqının erməni soyqırımını tanımasından təəssüfləndiyini söyləmiş, imperialist güclərin ermənilərdən istifadə etdiyini bildirmişdi. Bundan sonra arxiyepiskop ətrafında qalmaqal qızışmağa başlamışdı.
AZXEBER.COM azadliq.org-a istinadən bildirir ki, parlamentin "Çiçəklənən Ermənistan" fraksiyasının başçısı Naira Zohrabian iyunun 16-da deputatlara Türkiyədəki erməni icmasının məktubunu oxuyub. Həmin məktubda Ermənistan hakimiyyətindən və Eçmiədzin kilsəsindən tələb olunur ki, arxiyepiskop Aram Ateshian-ın Ali dini şuranın iclasında iştirakına yol verməsin.
"Biz Aram Ateshian-ın səfərinə etiraz edirik, onu ermənilər adından hər hansı ümumi bəyanatlar verməməyə və bir daha Müqəddəs Eçmiədzin ərazisinə ayaq basmamağa çağırırıq", - Zohrabian məktubdan bir sitatı həmkarlarına çatdırıb.
Deputatın sözlərinə görə, bu məktubdan sonra Konstantinopol patriarxının canişini Ermənistana gəlməməlidir. O, "Türkiyə hakimiyyətinin totalitar xarakterini" nəzərə alaraq, erməni ruhanilərin onlardan asılılığını başa düşdüyünü desə də, hesab edir ki, hər şeyin "həddi olmalıdır". "Bu dini xadimin qiymətləndirməsi qətiyyən yolverilməzdir", - Zohrabian bəyan edib.
PATRİARXLIQ: "ƏVVƏLKİLƏRİN NÜMUNƏSİNDƏN ÇIXIŞ EDİB"
Erməni arxiyepiskop Ateshian tezliklə Ermənistana gəlməlidir. O, Ali ruhani şuranın toplantısına və Roma Papası Fransisco-nun bu ölkəyə səfəri münasibətilə tədbirlərə qatılmalıdır.
AzadlıqRadiosunun erməni xidməti Konstantinopol patriarxlığından erməni icmasının tələbinə münasibət öyrənə bilməyib. Ancaq patriarxlığın Facebook səhifəsində Ateshian-ın məktubu ilə bağlı qurumun dini şurası adından bəyanat yerləşdirilib. Bəyanatda deyilir ki, arxiyepiskop sözügedən məktubu icma qurumları başçılarının və xeyriyyəçilərin tələblərinə güzəştə gedərək yazıb. Bundan başqa, o, əvvəlki patriarxların və yüksəkvəzifəli ruhanilərin nümunəsindən çıxış edərək belə addım atıb.
Bəyanatda daha sonra deyilir ki, bütün məsuliyyətin patriarxlığın üstünə qoyulmaması üçün bu cür münasibət bildirməzdən öncə daha geniş çevrələrlə məsləhətləşmə aparmaq daha düzgün olardı. Bəyanat müəllifləri bunu həm də məsələnin "emosionallığı" ilə izah edirlər.
"MƏCBUR EDİLİB"
Müqəddəs Eçmiədzinin sözçüsü Vahram Melikian bir qədər əvvəl Ateshian-ın məktubunu şərh edərkən demişdi ki, kiməsə haqq qazandırmaq fikrində olmasa da, "məcburetmə"ni istisna etmir.
Eləcə də başqa ruhanilər - Şirak yepiskopu və Arsax arxiyepiskopu mətbuata açıqlamalarında Aram Ateshian-ı ittiham etməməyə çağırmışdılar. Onların qənaətincə, onun bəlkə "susmaq haqqı da olmayıb".
"DÖZMƏK OLARDI"
Ermənilərin Türkiyədəki nəşri - "Akos"un redaktoru Bagrat Estukian bu fikirləri, xüsusən də arxiyepiskopun "susmaq haqqını qoruya bilməməsi" haqda deyilənləri rədd edir. Onun fikrincə, həmin şəxslər Ateshian-ın durumunu anlamağa çalışaraq, təzyiqə məruz qaldığını güman edirlər. "Ancaq həmin təzyiqə "yox" demək olardı", - Estukian bildirir.
"Akos" qəzetinin redaksiyası Aram Ateshian-ın fikirləri ilə razılaşmadığını bildirib və cavab məktubu ilə çıxış edib. Onlar arxiyepiskopun məktubunu "nifrət və utanaraq" oxuduqlarını bildirirlər.
Türkdilli erməni qəzeti əmindir ki, baş verənlərdən sonra patriarxın yeni canişini seçilməlidir.
Almaniya parlamentinin aşağı palatası olan Bundestaq iyunun 2-də Osmanlı imperiyası dövründə erməni qırğınını "soyqırımı" kimi tanıyan qətnamə qəbul edib.
Ermənilər həmin vaxt milyon yarım erməninin soyqırımına məruz qaldığını iddia edir.
Türkiyə isə bu rəqəmin dəfələrlə şişirdildiyini və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən xeyli ölənlər olduğunu bildirir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır