"İŞİD-lə mübarizə bəhanəsi ilə terror təşkilatına dəstək verənlər tökülən hər damla qanda da ortaqdırlar”.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikiləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında İstanbuldakı hücumla bağlı jurnalistlərə açıqlamasında deyib.
"Biz terror təhlükəsini mənbəyində aradan qaldırmaq strategiyamızı qətiyyətlə həyata keçirməyə davam edəcəyik. Nə edirlərsə-etsinlər, kimin arxasında gizlənirlərsə-gizlənsinlər, terrorçular onları gözləyən acı taledən xilas ola bilməyəcəklər”, - deyə o bildirib.
Qeyd edək ki, İstiqlal küçəsində baş verən partlayışda 6 nəfər həyatını itirib, 81 isə yaralanıb. Partlayışa səbəb olan bombanı küçəyə qoyan qadın terrorçu Əhlam Əlbəşir hücumdan 10 saat sonra yaxalanıb. Qadın terrorçu ilə yanaşı, hadisə ilə əlaqəli olduğu ehtimal edilən daha 50 nəfər saxlanılıb.
Ayşən










































