Ərdoğandan Yunanıstana sərt xəbərdarlıq - Türkiyə hansı addım atacaq?
DÜNYA
14:50 02.09.2026
335
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Egey dənizində hərbisizləşdirilmiş statusda olan adaları silahlandırmağa davam edən Yunanıstana sərt xəbərdarlıq edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Türkiyənin təmkinli mövqeyinin acizlik kimi qəbul edilməməli olduğunu vurğulayaraq, Afinanı adaların silahlandırılması fəaliyyətindən əl çəkməyə çağırıb.
Yunanıstanın hərbisizləşdirilmiş statusa malik adaları silahlandırmağa davam etməsi halında Türkiyənin hansı addımları atacağı ilə bağlı suala cavab verən Ərdoğan qətiyyətli mesajlar verib:
"Nə edək? Bizə düşən nədir? Gərəkəni etməkdir. Yunanıstanla yaxşı qonşuluq prinsipi əsasında münasibətlərimizi davam etdirək deyirik. Öz ərazimizdən, məsələn, Kaşdan Yunanıstana səslənsək, eşidərlər, elə deyilmi?” – deyə Ərdoğan bildirib.
Türkiyənin bütün məsələlərdə səmimi və konstruktiv mövqe nümayiş etdirdiyini qeyd edən Prezident bununla belə, Ankaranın xoş niyyətinin hər zaman qarşılığını görmədiyini söyləyib.
Ərdoğan Yunanıstanın Türkiyənin mövqeyini düzgün anlamalı olduğunu vurğulayıb:
"Yunanıstan artıq bunu anlamalıdır. Türkiyənin heç kimin torpağında gözü yoxdur. Lakin heç kimə də öz hüquqlarını tapdalatmaz”.