Ərdoğanın 53 yaşlı baş müşaviri vəfat etdi

Ərdoğanın 53 yaşlı baş müşaviri vəfat etdi
DÜNYA
11:56 11.07.2025
193
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri və prezidentin iqtisadi siyasət idarə heyətinin üzvü Yiğit Bulut iyulun 11-də vəfat edib.

Bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata əsasən, baş müşavirin son günlərdə səhhəti pisləşməyə doğru gedib. O, uzun müddətdir xərçəng xəstəliyindən müalicə alırdı.

Xatırladaq ki, Yiğit Bulut uzun illər qəzetlərdə iqtisadiyyat sahəsində yazılar yazıb, televiziyalarda şərhçilik və rəhbərlik edib. Universitetlərdə müəllim kimi dərs də verən Yiğit Bulut, media karyerasından sonra 2013-cü ildə Baş nazir, 2014-cü ildə isə Prezidentin baş müşaviri vəzifəsinə təyin edilib.
OXŞAR XƏBƏRLƏR