Ərdoğanın aşpazı danışdı: “Ən sevdiyi yemək...”

Ərdoğanın aşpazı danışdı: “Ən sevdiyi yemək...”
MARAQLI
17:20 25.04.2016
2010
Türkiyənin məşhur aşpaz-qəssabı Cüneyt Asan 25 ildən çoxdur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazıdır. 
O, həmçinin “dünyanın ən cəld qəssabı” adına layiq görülüb. C. Asanı “ətin professoru” da adlandırırlar. Qardaş ölkənin bir çox məşhur simaları məhz onun məsləhət gördüyü ətləri alır və məhz onun yeməklərini yeyir. 
Cüneyt Asanın Lent.az-a Bakıya gəlişinizin məqsədini açıqlayıb: “Dörd ildir Bakı ilə sıx gəliş-gedişim var. Hətta indi neçənci gəliş olduğunu bilmirəm, çünki çox gəlmişəm. İlk növbədə ona görə ki, Azərbaycanı çox sevirəm, eyni zamanda burada restoranlarım var. Azərbaycan bizim ikinci vətənimizdir. Bu ölkəni sevirik. İki aydan bir Bakıya gəlirəm. İki ay keçən kimi bura üçün darıxıram. Bu dəfə yenə Bakı üçün darıxdım və gəldim. Burada dostlarım çoxdur, gələn kimi görüşürük. Bakı çox gözəl şəhərdir. Hələ gecələr Bakı Parisdən də gözəldir”. 
Azərbaycan mətbəxini sevdiyini etiraf edən C. Asan lülə kababı haqqında məlumatım olduğunu deyib. Onun ən çox sevdiyi Azərbaycan yeməyinin də adını çəkib. Aşpaz Türkiyədə də Azərbaycan yeməkləri bişirdiyini açıqlayıb: “Ən sevdiyim yemək sizin dolma növlərinizdir və pip dolmasıdır. Heç kim dünyada dolmanı sizdən yaxşı bişirə bilməz. Azərbaycan yeməklərini asanlıqla bişirirəm. Məsələn, tez-tez özümə pip dolma bişirirəm. Burda öyrənmişəm hazırlanmasını. Lakin ətini sizin kimi etmirəm, çünki siz ətləri çox bişirirsiniz. Lülə kababına da quyruq yağını çox qoyursunuz. Çox yağlı olur və insana ağır gəlir. Sizin lülə kababı edirəm, amma yağ əlavə etmirəm”. Türkiyə prezidentindən tutmuş bir çox siyasətçilər, dövlət adamı, eyni zamanda bir çox sənətçilər onun müştərilərdiir. Onların arasında Bülent Ersoy, Kıvanç Tatlıtuğ, Demek Akalın, Murat Boz, Kənan İmirzalı oğlu və s. var. 
C. Asan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yemək seçimində kaprizli olmadığını deyir: “Yemək seçimində heç kaprizi yoxdur. Onsuz da həkim nəzarəti ilə qidalanır. Sağlam olması üçün onun yeməklərinə diqqət edilməlidir. Bütün yeməkləri də həkim nəzarəti altında hazırlanır. Biz də onun yeməklərinə, menyusuna çox diqqət edirik. Amma əsasən, ət yeməyini sevir. Hələ baş nazir olduğu vaxtdan ətlə bağlı menyunu mən hazırlayıram. Ərdoğan bəyin özünün də çox zaman xüsusi sifarişləri olur. Əsasən bizim hazırladığımız sosiskaları çox sevir. Onun svmədiyi yeməyi bilmirəm, amma ən çox antrikotu və quzu ətini sevir. Bu aralar özünü bir az narahat hiss edirdi. Lakin indi sağlamlığı yerindədir, heç bir problem yoxdur. Amma təbii ki, həkim nəzarəti altında pəhriz saxlayır. Hər şey yeyə bilməz. Ona görə də nə vaxt nə yeməyini həkimlər məsləhət görürlər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO