Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğanın Azərbaycana səfərini dostluğunun, tərəfdaşlığının və qardaşlığının ən yüksək səviyyədə olduğunu sübutu kimi qiymətləndirib.
Bu barədə fikirlərini, o, “Twitter” səhifəsində bildirib.“Baş nazir Ərdoğanın səfəri Azərbaycan-Türkiyə dostluğunun, tərəfdaşlığının və qardaşlığının ən yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi”, - deyə N. Məmmədov qeyd edib.