Ərdoğanın Bakı səfəri – Türk birliyinə gedən yolda tarixi addım

Ərdoğanın Bakı səfəri – Türk birliyinə gedən yolda tarixi addım
SİYASƏT
15:25 14.06.2023
278
12-13 iyun tarixlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəvəti ilə Bakıya səfəri baş tutub. İstər mahiyyəti, istərsə də verdiyi mesajlar baxımından fərqlənən bu səfər, şübhəsiz ki, Türkiyə-Azərbaycan münasibətləri tarixində özünəməxsus yerə malikdir. 

Qardaşlığın simvoluna çevrilən Şuşa

Əvvəlki səfərlərdən tamamilə fərqli atmosferdə reallaşan, iki qardaş ölkə və iki lider arasındakı sarsılmaz dostluğun təcəssümü olan bu səfər siyasi mahiyyəti ilə yanaşı, həm də dərin mənəvi önəmə sahibdir. Xüsusilə 15 iyun Milli Qurtuluş günü və Şuşa Bəyannaməsinin imzalanmasının 2-ci ildönümü ərəfəsində reallaşan bu səfər Türkiyə və Azərbaycan arasındakı tarixi köklərin və ortaq dəyərlərin ən önəmli göstəricilərindən biri hesab oluna bilər. 
 
İlham Əliyev də çıxışında Şuşa Bəyannaməsini bir daha xatırlatdı:

"Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu Anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu”.

Ərdoğan isə mətbuata bəyanatında Türkiyənin Şuşada Baş Konsulluğu açmağa hazır olduğunu bəyan etdi və bununla da böyük tarixi-siyasi gedişin anonsunu verdi. 

Eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin hazırki durumu Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi dühasının məhsulu olan "Bir millət iki dövlət” ifadəsinin bu gün özünü doğrultduğunu da bir daha sübuta yetirdi.

Təsadüfi deyil ki, qardaş ölkənin lideri "Bir millət, iki dövlət kimi bundan sonra da yolumuza qərarlı şəkildə davam edəcəyik” deməklə dostluğumuzun əbədi olacağını vurğuladı.

Türk birliyinə gedən yol

Bu gün Azərbaycan Türkiyə üçün başda iqtisadi və siyasi sferalar olmaqla bir çox istiqamət üzrə əvəzolunmaz tərəfdaş mövqeyindədir. Sahib olduğu enerji infrastrukturu və Orta Asiya ilə əlaqəyə imkan verən nəqliyyat dəhlizi Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyətinini artıran başlıca səbəblər sırasındadır. 

Avropanın önəmli enerji təminatçılarından birinə çevrilən Azərbaycan Türkiyə və Orta Asiya türk dövlətlərini birləşdirən, eyni zamanda qarşılıqlı inteqrasiya üçün şərait yaradan mərkəz rolunu oynayır. Məhz bu rol Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin inkişafına, dostluq və qardaşlığın sağlam təməllər üzərində inşa edilməsinə təkan verir. 

Digər tərəfdən Türkiyənin sahib olduğu geosiyasi və hərbi güc regionda Azərbaycanın milli maraqlarının təmin olunması baxımından ciddi dəstək mexanizmidir. Türkiyənin "regional güc” obrazı Cənubi Qafqazda qüvvələr tarazılığının təmin olunmasının, bugünkü və gələcəkdəki yeni iqtisadi və infrastruktur layihələrinin təhlükəsizliyinin təminatçısıdır. 

"Zəngəzur dəhlizinin açılması qaçılmazdır”
 
Cənubi Qafqaz regionunda davamlı sülhün və əmin amanlığın təmin olunması, Orta Asiya ilə əlaqələrin inkişaf etdirilməsi və Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin önəmi məhz bu münasibətlər fonunda daha aydın şəkildə nəzərə çarpır.

Bunun əyani sübutu kimi, liderlərin çıxışlarına nəzər salmaq yetərlidir. Belə ki, İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu, Ərdoğan isə bu dəhlizin hər iki ölkəyə mühüm imkanlar yaradacağını diqqətə çatdırdı.

Son illərdə dəyişən geosiyasi reallıqlar və bu günün şərtləndirdiyi gələcək vizyonu Türkiyə Prezidentinin Azərbaycana tarixi səfərinin mahiyyətini daha aydın izah edir. Dünyanın qütblərə bölündüyü, fərqli mədəniyyətlərin mübarizə meydanına çevrildiyi bir zamanda türk kimliyinin daşıyıcısı və türk dünyasının ayrılmaz parçası olan Azərbaycan Türkiyə üçün olduqca əhəmiyyətli müttəfiqdir.

Qeyd olunan məqamlar bu gün baş tutan səfərlə birlikdə iki ölkə arasındakı əməkdaşlığın, dostluq və qardaşlıq mühitinin gələcəkdə də yüksələn templə davam edəcəyinin göstəricisi, hər iki ölkənin daha da güclü mövqeyə sahib olacağı yeni reallığın xəbərçisidir.
 
Anar Tahirov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq