Ərdoğanın Bakı səfərinin gizlinləri

Ərdoğanın Bakı səfərinin gizlinləri
Siyasət
00:34 07.04.2014
1318
Rəcəb Tayyib Ərdoğan Bakıya həm də “Tvitter”, “Youtube" kimi şəbəkələrin Türkiyə ərazisində bağlanması barədə populyar olmayan qərarlar qəbul edəndən sonra gəlmişdi. Ümumiyətlə etiraf edim ki, məndən ötrü Ərdoğanın Azərbaycana səfəri heç vaxt indiki qədər maraqlı olmamışdı. Əvvəla ona görə ki, Ərdoğan Azərbaycana Rusiyanın regionda xüsusi fəallıq nümayiş etdirməsi, Krım türklərinin taleyinə də toxunan aqressiv qərarlar qəbul etməsi ilə bir vaxtda gəlmişdi. İkinci tərəfdən baş nazirin Azərbaycana səfərini onun bu ərəfədə verdiyi müxtəlif bəyanatlar kifayət qədər cazibədar edirdi. Başbakan seçki ərəfəsindəki çıxışlarında Azərbaycanın adını çəkmiş və bu zaman heç də həmişə ton müsbət olmamışdı.Üstəlik də Türkiyədən sızan Nurun bir şəfəq cızığının da Azərbycandan keçməsi, bu təriqəti daşıyanların Azərbaycanda mühüm postlarda qərar tutması barədə deyilənlər türk demiş söz konusu idi və bu baxımdan hətta belə söhbətlər də gəzirdi ki, qonaq gələndə bir iki ali nəfərin taleyi həll olunacq. Hətta guya baş nazir özü ilə hansısa siyahı gətirib və sair. Elə butün bunlara görə də Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri sətiraltıları ilə də maraq doğururdu. Amma bu həm də o Türkiyənin başbakanı idi ki, Azərbaycanın ağır günlərində onun başının üstünü kəsdirmişdi, özünün “Qızıl şahinlər”i ilə. Bu şahinlər göydə Allahdan aşağı qanadları ilə sipər çəkmişdi ki, Azərbaycanı qorusun. Bu dəfə də oxşar vəziyyət yaranmışdı. Başbakan o zaman gəlmişdi ki, Rusiyadan təhdid dolu bəyanatlar gəlir, gizlətməyəcəyəm cəmiyyətin müəyyən yaruslarında Azərbaycana mümkün müdaxilə ilə bağlı təşviş də var. Görünür, belə düşünənlər də haqlıdır ki, Türkiyə növbəti dəfə hamıya Azərbaycanın tək olmadığını sübut etmək istəyir. Elə bu səbəbdən də Prezident Adminstrasiyası rəhbərinin müavini, Əliyev - Ərdoğan danışıqlarında iştirak etmiş Novruz Məmmədovla görüşə xüsusi maraqla getmişdim. Məncə zənnimdə də yanılmadım.Novruz Məmmədov: "Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik müqaviləsinin bağlanması çoxdandır ki, gündəlikdədir. Bu gün beynəlxalq münasibətləridəki vəziyyət təkcə bir ölkənin istədiyindən asılı olmur. Hansı ölkə olursa olsun. Türkiyə NATO üzvü olduğu üçün, onun üzvlər qarşısında müəyyən öhdəlikləri var. NATO üzvü olan bəzi ölkələr ola bilər ki, bu əməkdaşlığa müsbət yanaşmazlar. Belə ölkələr olub və var. Özünüzdə müşahidə etdiniz bu günlərdə Türkiyənin yüksək çinli hərbçiləri və müdafiə naziri burada oldu. Münasibətlərin dediyiniz səviyyəyə çatması üçün müəyyən addımlar atılır. Düşünürəmki, buna nikbin baxmaq lazımdır".
ANS 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
19:20 28.08.2025
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
19:09 28.08.2025
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
18:59 28.08.2025
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
18:46 28.08.2025
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
18:35 28.08.2025
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
18:21 28.08.2025
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
18:10 28.08.2025
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
17:58 28.08.2025
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
17:46 28.08.2025
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
17:36 28.08.2025
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
17:34 28.08.2025
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
17:29 28.08.2025
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
17:26 28.08.2025
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
"Azərbaycan turizmində əsas problem turistin gəlməməsidir" - İqtisadçı
17:18 28.08.2025
"Azərbaycan turizmində əsas problem turistin gəlməməsidir" - İqtisadçı
Elçin Laçında klip çəkdi,  birlik mesajı verdi - VİDEO
17:12 28.08.2025
Elçin Laçında klip çəkdi, birlik mesajı verdi - VİDEO
Ukrayna Voronejdəki hərbi bazanı məhv etdi
17:09 28.08.2025
Ukrayna Voronejdəki hərbi bazanı məhv etdi