Ərdoğanın da dinlənildiyi məlum oldu

Ərdoğanın da dinlənildiyi məlum oldu
DÜNYA
13:08 18.12.2013
1146

Bir ildir aparılan istintaqın gedişatında bir çox dinləmələr edildiyi öyrənilib.

AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bəzi nazirlərin oğulları ilə söhbətlərinin qeyri-qanuni olaraq dinlənildiyi iddia edilib.Baş nazir Ərdoğanın da nazirlərlə etdiyi söhbətlərin qeyri-qanuni olaraq dinlənildiyi bildirilib.Belə ki, nazirlərin oğullarını dinləmək üçün alınan icazə ilə Baş nazir Rəcəb Tayyib Ərdoğanın da telefonlarının dinlənildiyi iddia edilir.Bir ildir davam edən istintaqı aparan prokurorluq xaricində heç bir dövlət qurumuna məlumat verilmədiyi öyrənilib.İstanbul valisinin, Cümhuriyyət Baş Prokurorunun və Polis Rəisinin təhqiqatdan xəbəri olmayıb.Hətta nazirlər əməliyyat barədə xəbəri mətbuatdan öyrənib.Əməliyyatla bağlı 3 ayrı təhqiqat aparılır. Rıza Sarraf, Mustafa Demir və 2 nazirin oğluyla bağlı istintaq işləri ilə prokuror Celal Kara məşğul olur. Ali Ağaoğlu ilə bağlı istintaqla isə məmur cinayətləri üzrə prokuror Mehmet Yüzgeç məşğul olacaq.

OXŞAR XƏBƏRLƏR