Ərdoğanın kürəkəninə Azərbaycanla bağlı vəzifə verildi

Ərdoğanın kürəkəninə Azərbaycanla bağlı vəzifə verildi
DÜNYA
16:48 17.06.2016
3419

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak Türkiyə-Azərbaycan Hökumətlərarası Müştərək Komissiyasının həmsədri təyin edilib.

Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım sərəncam imzalayıb.

O həm də Türkiyə ilə Əlcəzair, Çin, Liviya, Nigeriya, Uqanda və Venesuela arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası komissiyaların həmsədri təyin edilib.

Qeyd edək ki, Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızının həyat yoldaşı, yəni kürəkənidir.

Onu da xatırladaq ki, Azərbaycan tərəfindən komissiyanın həmsədri baş nazirin müavini Abid Şərifovdur. (modern.az)

OXŞAR XƏBƏRLƏR