19 fevralda ABŞ-da keçirilməsi planlaşdırılan Qəzza "Sülh Şurası"nın ilk liderlər toplantısında iştirak məsələsinin yaxın günlərdə bəlli olacağı gözlənilir.
AZXEBER.COM APA-nın Türkiyə bürosuna istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran məlumat verib.
Onun sözlərinə görə, Ramazan ayının ilk gününə təsadüf edən görüşlə bağlı hələlik dəqiq məlumat yoxdur.
Ərdoğanın toplantıda iştirakı məsələsi isə yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.










































