Ərdoğanın sədrlik edəcəyi iclasda Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq

Ərdoğanın sədrlik edəcəyi iclasda Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq
SOSİAL
11:12 28.05.2024
89

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Məlumatı "TRT Haber" yayıb.

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunacaq.

Məlumata görə, həmçinin, toplantıda İraqın şimalında həyata keçirilən antiterror əməliyyatları, Rusiya-Ukrayna müharibəsi, İranda baş verənlər, Ankaranın Afina ilə diplomatik münasibətləri ətrafında fikir mübadiləsi aparılacaq.

OXŞAR XƏBƏRLƏR