Ərdoğanın sözçüsü, yeni MİT müşaviri İbrahim Kalın kimdir? - DOSYE

Ərdoğanın sözçüsü, yeni MİT müşaviri İbrahim Kalın kimdir? - DOSYE
DÜNYA
12:13 08.06.2023
250
Xəbər verdiyimiz kimi, 28 may Türkiyədəki ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçilib.
 
O, prezident seçilən kimi nazirlər kabinetində dəyişikliklər edərək yeni nazirlər təyin edib.
 
Təyinata əsasən, Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri İbrahim Kalın MİT rəhbəri təyin edilib.
 
Bəs yeni MİT rəhbəri İbrahim Kalın kimdir?
 
AZXEBER.COM yeni təyin olunan nazirin dosyesini təqdim edir:
  
1971-ci ildə İstanbulda anadan olan İbrahim Kalın bakalavr təhsilini İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Tarix Bölümündə tamamlayıb. 

1992-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölməsində bakalavr təhsilini tamamlayıb. Malayziyada İslam düşüncəsi və fəlsəfəsi üzrə magistr təhsilini başa vurub. O, 2002-ci ildə Corc Vaşinqton Universitetində "Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü” adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq dərəcəsi alıb. Türkiyə Dəyanət Vəqfinin İslam Araşdırmaları Mərkəzində akademik araşdırmalar aparıb.
 
Müqəddəs Xaç Kollecində, Corctaun Universitetində və Bilkənd Universitetində İslam düşüncəsi və İslam-Qərb münasibətləri mövzusunda mühazirələr oxuyub.
  
2005-2009-cu illərdə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun sədri olub. 2007-ci ildə onun "İslam və Qərb" adlı kitabı nəşr olunub. Bu əsəri ilə Türkiyə Yazarlar Birliyinin İdeya Mükafatını qazanıb. Makmillan Fəlsəfə Ensiklopediyası, Din Ensiklopediyası və Oksford İslam Lüğəti kimi ensiklopediyalara töhfə verib. Onun 2014-cü ildə "Ağıl və fəzilət”, 2015-ci ildə "Varlıq və idrak”, "Mən, başqası və ondan kənar: İslam-Qərb münasibətləri tarixinə giriş” adlı kitabları 2016-cı ildə nəşr olunub.
 
2011-ci ildə Əhməd Yəsəvi Universitetinin qəyyumlar şurasının üzvü təyin edilib. 2019-cu ildən İbn Haldun Universitetində İslam fəlsəfəsi sahəsində aspirantlara mühazirələr oxuyur. Kalin 29 may 2020-ci ildə professor adını alıb.
 
2009-cu ildə Kalın baş nazirin xarici siyasətə cavabdeh olan baş müşaviri vəzifəsinə təyin edilib. 2010-cu ilin yanvarında yaradılan Baş Nazirlik İctimai Diplomatiya Koordinatorunun ilk koordinatoru olub. 2012-ci ildə Baş nazirin müşavirinin müavini vəzifəsini icra edib. Rəcəb Tayyib Ərdoğan prezident olduqdan sonra prezident baş katibinin müavini vəzifəsinə təyin edilib. 2014-cü ildə prezident Rəcəb Tayyib Ərdoğan onu prezidentin sözçüsü təyin edbi. 2018-ci ildən Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri vəzifələrində də çalışıb.
 
5 iyun 2023-cü il tarixindən etibarən Ərdoğanın qərarı ilə MİT rəhbəri vəzifəsinə təyin edilib.
 
 
Ailəlidir, 3 övladı var. 
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR