Ərdoğanın Xamenei ilə görüşündə Türkiyə bayrağı niyə olmayıb? - AÇIQLAMA

Ərdoğanın Xamenei ilə görüşündə Türkiyə bayrağı niyə olmayıb? - AÇIQLAMA
DÜNYA
23:34 25.07.2022
3084
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın ali dini lideri Xamenei ilə görüşündə Türkiyə bayrağının olmamasına aydınlıq gətirilib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, məsələ ilə bağlı AK Partiyadan açıqlama verilib.

AK Partiya sözcüsü Ömər Çelik prezident Ərdoğanın İranın ali dini lideri Xamenei ilə görüşündə Türkiyə bayrağının niyə istifadə edilməməsi ilə sualı cavablandırıb.

O Ərdoğanın İrandakı hüquqi və siyasi həmkarının İran prezidenti olduğunu deyib. 

Çelik: "Xamenei prezident deyil deyə onlar bu cür təcrübələri həmişə edirlər. Bizim prezidentimiz nə vaxt İrana gedirdi, müxtəlif prezidentlərlə görüşlər keçirirdi.  Həmin görüşlərdə isə Türkiyə bayrağı həmişə olurdu. Buna sübut olaraq çəkilmiş fotolara baxmaq olar. Həmçinin Xəmanei İran nizamında fərqli mövqedədir. Bu təcrübə təkcə Türkiyəyə aid olmayıb. Putinin səfərinə baxın. Elə orada da Rusiya bayrağı yoxdur. Heç bir mənada deyilənlər düzgün deyil, sanki Xameneyinin Türkiyə ilə görüşündə fərqli formatdan istifadə olunub. Digərlərində isə başqa. Bunlar hamısı məlumatsızlıqdan irəli gəlir".

Çelik əlavə edib ki, prezident Ərdoğanın Türkiyə bayrağına olan həssaslığı bir çox beynəlxalq platformalarda açıq şəkildə görünüb.
OXŞAR XƏBƏRLƏR