Ərdoğanla Baydenin Romada görüşü başladı

Ərdoğanla Baydenin Romada görüşü başladı
SİYASƏT
14:02 31.10.2021
768
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş başlayıb.
 
"Böyük İyirmilik” (G20) ölkələri liderlərinin Roma sammiti çərçivəsində görüşən liderlər kameralar qarşısında qısa salamlaşdıqdan sonra görüş otağına yollanıblar.

Amerikalı jurnalistin "Türkiyəyə F-16-ları verməyi düşünürsünüzmü?" sualına ABŞ prezidenti C.Bayden "Yaxşı görüş keçirməyi planlaşdırırıq” deyə cavab verib. Bağlı qapılar arxasında keçirilən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edir.

OXŞAR XƏBƏRLƏR