Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yens Stoltenberqi qəbul edib.
Görüş zamanı Rusiya-Ukrayna müharibəsi, Yunanıstanın təcavüzkar hərəkətləri və Türkiyə-İsveç-Finlandiya arasında üçlü memorandum müzakirə edilib.
Prezident Ərdoğan görüşdə Rusiya və Ukrayna ilə ən yüksək səviyyədə həyata keçirdikləri diplomatik siyasət nəticəsində taxıl dəhlizinin yenidən fəaliyyətə başladığını ifadə edib. Eyni zamanda qarşıdakı dövrdə razılaşmanın uzadılmasına da diqqət yetirəcəklərini əlavə edib.
Ayşən