Ərdoğanla Pezeşkianın telefon danışığı oldu

Ərdoğanla Pezeşkianın telefon danışığı oldu
DÜNYA
21:49 04.06.2025
712
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin ofisi məlumat yayıb. 

"Söhbət zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib”, - deyə ofisdən bildirilib.

Ərdoğan bildirib ki, Ankara qarşıdakı dövrdə Türkiyə-İran əlaqələrinin institusional əsaslarının möhkəmləndirilməsi istiqamətində addımlar üzərində işləməyə davam edir.
OXŞAR XƏBƏRLƏR