Ərdoğanla Putinin görüş tarixi bəlli oldu

Ərdoğanla Putinin görüş tarixi bəlli oldu
DÜNYA
17:33 28.08.2023
304

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Rusiyaya səfər edəcək.

Bu barədə xarici KİV Türkiyə rəsmilərinə əsasən bildirib.

R.T.Ərdoğan sentyabrın 8-də Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşəcək.

Prezidentlərin Ukraynadakı müharibəni, xüsusilə "Taxıl sazişi”nin bərpasını müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, daha əvvəl Türkiyə liderinin sentyabrın ayın 4-də Rusiyaya gedəcəyi və Soçidə V.Putinlə bir araya gələcəyi bildirilmişdi.

OXŞAR XƏBƏRLƏR