Ərdoğanla Zelenski arasında telefon danışığı olub

Ərdoğanla Zelenski arasında telefon danışığı olub
SİYASƏT
22:48 30.05.2022
586
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Söhbət zamanı müharibə ilə bağlı son vəziyyət müzakirə olunub.

Qeyd olunub ki, Türkiyə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün dəhlizin yaradılmasına xüsusi önəm verir. Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqların davam etdirilməsi üçün vasitəçilik səyləri də daxil olmaqla dəstəyi davam etdirməyə hazırdır.
OXŞAR XƏBƏRLƏR