"Ərəb Baharı"ndan sonra indi də "Afrika Baharı" - Qara qitədəki diktatorlar devrilir

"Ərəb Baharı"ndan sonra indi də "Afrika Baharı" - Qara qitədəki diktatorlar devrilir
MANŞET
13:44 20.11.2017
1543

Məlum olduğu kimi, ötən həftə Zimbabve prezidenti Robert Muqabenin 40 illik hakimiyyətinə son verilib. Lakin Afrika qitəsində hələ bir çox uzunömürlü diktator-liderlər qalmaqda davam edir. Bu adamları birləşdirən yeganə cəhət onların əbədi olaraq öz kreslolarında yapışıb qalmalarıdır.

AZXEBER.COM Musavat.com-a istinadən Afrikada ən uzun hakimiyyətdə qalan 5 diktatoru təqdim edir:

1. Teodor Obianq Nqema Mbasoq - Ekvatorial Qvineya

Mbasoq 38 ildir hakimiyyətdədir. Bu statistika bu günə qədər Afrikanın uzunömürlü diktatorları içərində rekord müddətlərdən sayılır. Nqema Mbasoq seçkilərin birində hətta təkbaşına namizəd olub. Maraqlıdır ki, bu adam vaxtilə öz diktator əmisini devirərək hakimiyyətə gəlib. 1991-ci ildə o, ölkədə "çoxpartiyalı sistem” də qurubmuş. Mbasoq öz ölkəsində əsl şəxsiyyətə pərəstiş əhval-ruhiyyəsi yarada bilib. Yerli mətbuat onu tanrılaşdırmaqdan çəkinmir.

2. Pol Biya - Kamerun

Biya 35 ildən çoxdur iqtidarını sürdürür. O, Fransanın Sorbonna universitetində təhsil alıb. Güclü natiqlik qabiliyyətinə malikdir. 1982-ci ildə o, prezident Əhmədu Axiconunun hakimiyyətinə son verərək hakimiyyəti götürüb. Bundan sonra o, hər "seçkidə” "rəqiblərinə böyük üstünlüklə qalib gələrək” öz postunu qoruyur. Biyanı hakimiyyətdə saxlayan Kamerunu uzun illər boyu müstəmləkə kimi idarə edən Fransa ilə qurduğu sağlam münasibətlərdir.

3. Deni Sassu-Nqesso,- Konqo

Bu adam da 38 ildir ölkəsini idarə edir. Deni Sassu-Nqesso 1979-cu il inqilabından sonra Joakim Yombi-Opanqonu devirərək prezident vəzifəsini tutub. "Soyuq müahribə” illərində SSRİ-yə olduqca yaxın olsa da, Qərblə əlaqəni itirməyib.

Ən maraqlısı bundan ibarətdir ki, Mixail Qorbaçov hakimiyyətə gəldikdən sonra Nqesso ölkədə demokratik islahatlara başlayıb və ölkə tarixində ilk dəfə azad seçkilər keçirib. Həmin seçkilərdə isə müxalifətin namizədinə məğlub olub. Onun rəqibi Paska Lissabone xalqın səsi ilə dövlət başçısı seçilib. Lakin bu ölkədə vətəndaş müharibəsinə gətirib çıxarıb və Deni Sassu Nqesso Anqolanın da verdiyi dəstəklə hakimiyyətə geri dönüb. Ölkədə formal olaraq çoxpartiyalı sistemin fəaliyyət göstərməsinə rəğmən bütün faktiki hakimiyyət məhz onun əlində cəmlənib.

4. Ömər Həsən Əhməd Əl Bəşir- Sudan

Sudan diktatoru 28 ildir ölkəsinin sahibidir. Peşəkar hərbçi olan Əl Bəşir 1989-cu ildə hərbi çevrilişlə hakimiyyəti ələ keçirib. Bu hadisə uzun və qanlı keçən münaqişələri özü ilə bərabər gətirib. Bunlardan ən faciəli olanı Darfur yaxınlığında baş verən döyüşdür. Rəsmi rəqəmlərə görə, həmin döyüşlərdə 200 mindən çox insan həlak olub. Bundan başqa, beynəlxalq məhkəmə Əl Bəşiri genosid törətməkdə suçlayıb və onun həbsinə order verib.

5. Yoveri Kaquta Museveni -Uqanda

Uqanda prezidenti 31 ildir iqtidarını təkbaşına sürdürür. Varlı aildən çıxmasına rəğmən marksist düşüncələrə malik Yoveni Uqandanın məşhur diktatoru İdi Amniə qarşı inqilabi mübarizə aparıb. Idi Aminin devrilməsindən sonra ölkə vətəndaş müharibəsinin burulğanına sürüklənib. Yoveri Kaquta Museveni diktator olmasına rəğmə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
17:01 04.03.2025
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
“Komedixana”nın aktrisası nənə olacaq
16:48 04.03.2025
“Komedixana”nın aktrisası nənə olacaq
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
16:31 04.03.2025
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
16:27 04.03.2025
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
16:14 04.03.2025
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
16:09 04.03.2025
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
16:02 04.03.2025
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
Azərbaycan dili imtahanının nəticələri elan olundu
15:42 04.03.2025
Azərbaycan dili imtahanının nəticələri elan olundu
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
15:40 04.03.2025
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
15:27 04.03.2025
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
15:16 04.03.2025
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:10 04.03.2025
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
14:54 04.03.2025
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
14:42 04.03.2025
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
14:37 04.03.2025
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq
14:35 04.03.2025
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq