Ərəb ölkələri Qəzza zolağındakı vəziyyətlə bağlı fövqəladə sammitə hazırlıq məqsədilə məsləhətləşmələr aparır.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının (LAS) baş katibinin rəsmi nümayəndəsi Camal Rüşdi "Əl-Qahira əl-Ekhbariya” telekanalına şərhində bildirib.
"Qəzza zolağında hərbi eskalasiyanı müzakirə etmək üçün fövqəladə ərəb sammitinə hazırlıq üçün intensiv məsləhətləşmələr aparılır", - Rüşdi deyib