Ərəb ölkələri Suriya müxalifətinin legitimliyini tanıdılar
DÜNYA
08:57 13.11.2012
1325
Ərəb Dövlətləri Liqası Suriya müxalifət və inqilabçı qüvvələrin Milli Koalisiyasının legitimliyini tanıyıb. Bu barədə qərar Liqa ölkələri xarici işlər nazirlərinin Qahirədə keçirilən fövqəladə toplantısında qəbul edilib.“Koalisiya Suriya müxalifətinin qanuni nümayəndəsi və Suriyanın Liqanın danışıq aparacağı əsas orqanıdır”, - Qətərin xarici işlər naziri Həmad bil Casem Əl Tani bildirib.