Ərəb qızı sevgilisi ilə qaçdığına görə öldürülə bilər

DÜNYA
19:02 25.11.2013
1126

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 22 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı olan Huda adlı qızı öz himayəsinə götürüb

22 yaşlı ərəb qızı sevgilisi ilə evlənmək üçün qaçdığına görə öldürüləcək.  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin 22 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı olan Huda adlı qızı öz himayəsinə götürüb. Huda valideynləri sevdiyi oğlanla evlənməsinə razı olmadığına görə sonuncu çıxış yolunu ölkəsindən qaçmaqda görüb. Yəmənə qaçan gənclər orada evlənməyi düşünürdü. Amma, onları yad ölkədə qeyri-leqal miqrantların müvəqqəti məskunlaşma mərkəzinə salıblar. Hudanı qanunsuz olaraq sərhəddi keçməkdə, sevdiyi oğlanı-Ərəfatı bu işdə əlbir olmaqda günahlandırırlar. Ancaq, oğlanın vəkili hüquq-mühafizə orqanlarına bildirib ki, Ərəfat Yəmənə Hudadan sonra gəlib. Bundan sonra oğlan sərbəst buraxılıb. Qızı isə hələ mühakimə edəcəklər. Əgər qız günahını boynuna alsa onu ölkəsinə deportasiya edəcəklər. Qız qayıdan kimi qohumları onu şallaqlayaraq öldürəcək. BMT nümayəndələrinin sözlərinə görə, Huda ona qaçqın statusunun verilməsini xahiş edib. Qızın xahişinə baxılana qədər Huda BMT-nin himayəsi altında olacaq. Məlumata görə, əgər Yəməndə cütlüyə evlənməyə icazə verməsələr BMT onlara başqa ölkəyə köçməyə kömək edəcək.

OXŞAR XƏBƏRLƏR