Ərəb şahzadə supermodelə bir gecə üçün milyon təklif etdi
MAQAZİN
17:02 01.03.2014
2941
Artıq bir neçə dəfə ərəb şəhzadələrinin müğənnilərə və ya aktrisalara küllü miqdarda pul təklif etdikləri barədə xəbərlər yayılıb. ANS PRESS-in məlumatına görə, 43 yaşlı alman supermodeli, kino aktrisa və YUNİSEF-in xoşməramlı səfiri Klaudiya Şiffer maraqlı etiraf edib. O bildirib ki, ərəb şahzadələrindən biri şam yeməyi üçün ona 1 milyon dollar miqdarında pul təklif edib."O məndən soruşdu ki, bir dəfəlik şam yeməyi üçün məni "ala" bilər? Mən onun təklifini rədd etdim, amma bilirəm ki, digər modellər razılıq veriblər. Mənim üçün ən vacib olan pul deyil, ən vacib olanı küçədə gedərkən başı yuxarı və etdiyim hərəkət ilə qürur duyaraq rahat gəzməyimdir"-deyərək model fikirlərini bildirib.Qeyd edək ki, Klaudiya "Marie Claire UK" dərgisinin mart ayı buraxılışı üçün fotosessiya etdirib, o dərginin üz qabığını bəzəyəcək.