Sürücünün idarəetməni itirməsi nəticəsində "Hyundai" markalı mikroavtobus dərəyə aşıb.
AZXEBER.COM Region TV-yə istinadən xəbər verir ki, hadisə avqustun 29-da axşam saatlarında İsmayıllı Muğanlı yolunda olub.
Qəza nəticəsində 2 nəfər həyatını itirib, 16 nəfər xəsarət alıb.
Avtobusdakıların hamısı Azərbaycana gələn ərəb turistlər olub. Turistlər Qəbələdən Bakıya qayıdırmış.

