Səudiyyə Ərəbistanında THAAD hava hücumundan müdafiə sistemi sahə təlimindən sonra istifadəyə verilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında ilk olan THAAD hava hücumundan müdafiə sisteminin quraşdırılması üçün Ciddədəki Hava Hücumundan Müdafiə Qüvvələri İnstitutunda mərasim keçirilib. Mərasimdə Hərbi Hava Qüvvələrinin komandanı Mezid bin Süleyman əl-Amr iştirak edib.
Əmr THAAD sisteminə nəzarət edəcək bölmənin bayrağını bölmə komandirinə təqdim edib.
Qeyd olunub ki, ABŞ istehsalı olan THAAD ballistik raket sistemi Səudiyyə Ərəbistanı ordusunun hazırlıq səviyyəsinin və hava məkanının və həyati əhəmiyyətli obyektlərin mühafizəsi üçün tələb olunan imkanların artırılmasına yönəlmiş müdafiə layihəsi çərçivəsində hazırlanıb.
Gülay