"Ərəblərə ölüm" kimi şüarları qınayırıq”- ABŞ

"Ərəblərə ölüm" kimi şüarları qınayırıq”- ABŞ
DÜNYA
12:44 19.05.2023
218
ABŞ Qüdsdə yəhudilərin səsləndirdiyi irqçi şüarları pislədiyini bildirib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Qüds günü yürüşü zamanı on minlərlə ultramillətçi yəhudi nifrət dolu şüarlar səsləndirərək Əl-Əqsa məscidinə daxil olub. ABŞ Qüdsdə ultramillətçi yəhudilərin yürüşü zamanı irqçi şüarların səsləndirilməsini pisləyib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Amerika Birləşmiş Ştatları hər cür irqçi təhqirlərə qəti şəkildə qarşı olduğunu deyib. Qüdsdəki etirazlarda "ərəblərə ölüm" kimi mənfur şüarları qınadıqlarını vurğulayıb.

Qeyd edək ki, üç dinin müqəddəs məkanları olan Şərqi Qüdsün 46 il əvvəl işğalını qeyd etmək üçün keçirilən Qüds Günü münasibətilə dünən İsraildə yürüş keçirilib.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR