Əri ilə dalaşan azərbaycanlı müğənni 'Facebook'a girdi
MAQAZİN
12:47 20.05.2013
4316
Son günlər ailə qalmaqalı ilə gündəmə gələn müğənni Təranə Qumral adını Facebook sosial şəbəkəsinin istifadəçiləri sırasına yazdırıb.AZXEBER.COM-un milli.az-a istinadən verdiyi xəbərə görə, bu addımından məmnunluğunu dilə gətirən müğənni virtual dünyaya marağının artmasına belə şərh verib: "Düşünürəm ki, Facebook-da qeydiyyatdan keçmək üçün gecikmişəm.Əslində, internetdən sərbəst istifadə etməyi çoxdan öyrənmişdim. Sadəcə, yaşadığım məlum səbəblər üzündən tam sosiallaşa bilmirdim.Artıq bu istəyimi reallaşdırdım. Gerçək dostlarımla virtual dünyada da ünsiyyətimizi davam etdirəcəyik. Bu sosial şəbəkə özlüyündə bir dünyadır. Gün ərzində boş vaxtımı daha maraqlı keçirirəm.