Əfqanıstanda boşanmaq istədiyi əri tərəfindən işgəncəyə məruz qalan qadın plastik əməliyyata hazırlaşır.
AZXEBER.COM-un məlumatına görə, 2010-cu ildə əri tərəfindən qulağı və burnu kəsilən Aesha Mohammadzai 6 aydan sonra əməliyyat olunacaq. Belə ki, onun bədəninin müəyyən yerlərindən dəri köçürüləcək və Aeshaya yeni burun hazırlanacaq.