Əri Vera Brejnevaya xəyanət etdi - Boşanırlar

Əri Vera Brejnevaya xəyanət etdi - Boşanırlar
MAQAZİN
11:56 16.10.2023
380
Ukraynalı müğənni, aktrisa Vera Brejneva ilk dəfə bəstəkar həyat yoldaşı Konstantin Meladzedən ayrılmasına münasibət bildirib. 

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni jurnalistlərlə söhbətində pərəstişkarlarından onun bəstəkarla bağlı qərarına hörmətlə yanaşmalarını istəyib:
 
"Sosial şəbəkələrdə bizim Konstantinlə niyə ayrıldığımız barədə çoxlu dediqodular yayılır, lakin biz bu barədə heç bir açıqlama verməyəcəyik. Bir-birimizə  hörmət edirik və hər kəsdən qərarımıza hörmət etməyi xahiş edirik".

İddialara görə, Meladze həyat yoldaşına VIA Gra qrupunun üzvü Sofiya Tarasova ilə xəyanət edir. 
 
Bir ay əvvəl bəstəkar "Niyə mən?” mahnısını onunla duet şəklində lentə almışdı.
 
Münasibətin bu iş birliyindən sonra yarandığı deyilir.
 
Aysel
OXŞAR XƏBƏRLƏR