Katarakt

Eriksendən mesaj: “Təslim olmayacağam”

İDMAN
12:37 14.06.2021
189
Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen ona dəstək olan hər kəsə təşəkkür edib.

Bu barədə jurnalist Fabrisio Romano "Twitter” hesabında yazıb.

"Mən təslim olmayacağam. Hazırda özümü daha yaxşı hiss edirəm, ancaq mənimlə nə baş verdiyini anlamaq istəyirəm. Etdiyiniz hər şey üçün sizlərə minnətdaram”, - deyə Eriksen bildirib.

Xatırladaq ki, AVRO-2020-nin Danimarka-Finlandiya oyununda huşunu itirən futbolçu Kristian Eriksen xəstəxanaya yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR