"Ərim axşam gec gəlmişdi..." - Xatirə

"Ərim axşam gec gəlmişdi..." - Xatirə
MAQAZİN
21:42 27.10.2018
11484
Müğənni Xatirə İslam "Şou ATV" verilişinin qonağı olub
 
Sənətçi həyat yoldaşı Fəxrəddin bəydən danışıb. O bildirib ki, bütün işlərində ona əri kömək edir:

"Ailəmlə özümü xoşbəxt hiss edirəm. Hər şey hələ ki yaxşıdır. Övladımızla yaşayırıq. Emil də böyüyür. O gün gecə Fəxrəddin evə gec gəldi, başa düşdüm ki, mənə nə qədər kömək edir. 

Oğlan uşağı böyütmək çətindir. Beş yaşındakı uşaqla bacarmıram. Mənim sözümə qulaq asmır. Bacarmıram onunla, nə dərsi, nə yeməyi ilə... Ömründə bircə dəfə atası gec gəlmişdi, yüz dəfə dedim ki, Allah, onu mənə çox görmə. Mənə çox kömək olur, Allah da ona kömək olsun. 

Heç kimlə işim yoxdu. Hətta qalmaqal yaşayan müğənnilərə mesajlar yazıram ki, etməyin, yaraşdırmıram sizə. Sülh quşuyam mən".
///Axşam.az
OXŞAR XƏBƏRLƏR