"Ərimi qardaşı qızı ilə yataqda tutmuşam" - Tükürpədici olayın təfərrüatı

"Ərimi qardaşı qızı ilə yataqda tutmuşam" - Tükürpədici olayın təfərrüatı
SOSİAL
17:00 05.04.2017
36913

 

Gəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərovun qardaşının 23 yaşlı qızını evlənmək məqsədilə qaçırması günün ən çox müzakirə olunan mövzusuna çevrilib. Tükürpədici hadisə ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Adı qardaşının qızını qaçırmaqda hallanan H.Səfərov həyat yoldaşının onunla bağlı dediyi fikirlərin yalan olduğunu bildirib.

Həsənin ayrılmaq istədiyi həyat yoldaşı Həmidə Səfərova yeni faktlar açıqlayıb. O, ərini qardaşı qızı ilə evdə yataqda tutduğunu, əlində bunu sübut edəcək faktların olduğunu söyləyib. 

"Mənim sübutlarım var. İndiyədək susurdum ki, ailəm dağılmasın. Uşaqlarımın xatirinə onun iyrənc hərəkətlərinə dözürdüm. İndi susmayacağam. Qoy, hamı bilsin ki, Həsən necə iyrənc, namussuz adamdır. Mən ondan aliment tələb edirəm. Bundan sonra iki dünya bir olsa onunla bir evdə yaşamaram. Həsən kişi kimi boşanardı, ondan sonra gedib kiminsə istəsə evlənərdi. O, ailəsini atararaq öz qardaşı qızı ilə qoşulub qaçıb.

Mən bu məsələni televiziyada açıqlayandan sonra məni ölümlə hədələyirlər. Baldızım Könül zəng edib, məni təhqir edir. Deyir, qardaşımın başından bir türk əksik olsa, məni öldürəcəklər. Bacısı qardaşının çirkin əməl sahibi olduğunu gizlətmir. Yalvarır ki, bizi biabır eləməyin, insan içinə çıxa bilmirik".

H.Səfərova ərinin qardaşı qızı ilə münasibətindən çoxdan xəbər tutduğunu etiraf edib.

"Mən dəfələrlə evə girib, onları bir yerdə ər-arvad münasibətində görmüşəm. Məni ölümlə hədələyirdi. 7 ili belə başa vurmuşam ki, bəlkə düzələr. 

 

"4 aylıq hamilə olanda məni müalicə adı ilə atamgilə göndərdi. Bir müddət sonra mənə məhkəmədən kağız gəldi. Məni boşanmaq istədiyini ded. Səbəbini soruşdum. Dedim, mən üç uşaqla necə dolanım. Mənim məqsədim aliment almaqdır. Üç uçağa tək başına baxa bilmirəm. Qaynanam deyir, əlin hara çatır, şikayət elə. Mən onun 3 uşağını saxlayıram. Heç cür imkanım yoxdur. Uşağın ən balacasının kəllədaxili təzyiqi var. Müalicə etdirə bilmirəm. Çox acınacaqlı həyat yaşayıram. Mənə oğlanın valideyinləri deyir ki, susmalısan, ölməlisən. Onlar nə deyir, o olmalıdır. Mənim uşaqlarımın gələcəyi var. Məktəbə getməlidirlər, onlar nə yeyəcəklər, nə içəcəklər Bunu düşünən var? 

Bundan sonra Həsənlə bir evdə yaşamaq istəmirəm. Bu adamı ortalığa çıxarıb, atalıqdan məhrum etsinlər. İndi biz Bakıya gedirik. Televiziya verlişinə çıxıb, hər şeyi olduğu kimi danışacağam. Mən dəfələrlə onları yataqda tutmuşam. Amma heç kimə demirdim ki, biabırçılıq olar. Bu hadisədən sonra qaçan qızın əri efirə çıxmaq istəmədi. İki uşağı atdı qızın atasının üstünə. Dedi, onun uşaqları mənə lazım deyil. Bu uşaqlar sənin qardaşının uşaqlarıdır, apar saxla. Oğlanın dediyinə görə, qız 4-5 aylıq hamilədir".

Qeyd edək ki, Gəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub. Kişinin həyat yoldaşının verdiyi məlumata görə, onların əvvəldən münasibətləri olub. Həsən Səfərova qoşulub qaçan qız evli olub və iki uşağı var.

///azvision.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
11:10 26.11.2026
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
10:57 26.11.2026
"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
10:43 26.11.2026
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
10:42 26.11.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
10:39 26.11.2026
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək - FOTO
Bu ərazilərə qar yağdı
10:35 26.11.2026
Bu ərazilərə qar yağdı
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
10:21 26.11.2026
Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
09:40 26.11.2026
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
09:35 26.11.2026
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər
09:28 26.11.2026
Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
09:14 26.11.2026
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
08:56 26.11.2026
Ukrayna dünyada ilk dəfə reaktiv dronu döyüş lazeri ilə vurub
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:34 26.11.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək
08:20 26.11.2026
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək
Almatıda fərdi evdə yanğın baş verib, ölənlər var
08:08 26.11.2026
Almatıda fərdi evdə yanğın baş verib, ölənlər var
Suriyada İŞİD-in hücumları nəticəsində iki təhlükəsizlik əməkdaşı ölüb
05:30 26.11.2026
Suriyada İŞİD-in hücumları nəticəsində iki təhlükəsizlik əməkdaşı ölüb