“Ərin telefonuna baxmaq olmaz, sonra uşaqların atasız qalacaq” – Əməkdar artist aldadılan qadına

“Ərin telefonuna baxmaq olmaz, sonra uşaqların atasız qalacaq” – Əməkdar artist aldadılan qadına
MAQAZİN
10:40 05.11.2021
809

Əməkdar artist Rəhman Rəhmanov "Elgizlə izlə" verilişində müzakirələrə səbəb olan fikir səsləndirib.

AZXEBER.COM xəbər verir ki, verilişdə ekspert qismində qonaq olan Rəhman Rəhmanov əri tərəfindən aldadılan və ərinin şəxsi telefonunda başqa qadınlarla yazışdığını iddia edən Təranə adlı qadına müraciət edib.

R.Rəhmanov qadına ərinin telefonuna baxmağın düzgün olmadığını və nəticədə uşaqlarının atasız qaldığını bildirib:

"Ərin telefonuna baxmaq düzgün deyil. Əvvəllər - nişanlı olduğunuz zaman baxa bilərdiz. İndi bununla ailəni dağıtmış, uşaqları atasız qoymuş olursuz. Ərinin telefonunda elə şeylər ola bilər ki, heç sizə dəxli olmaz. İndi balaların atasız qaldı".

Verilişin aparıcısı Elgiz Əkbər isə əməkdar artisti bu fikirlərinə görə qınayıb.


OXŞAR XƏBƏRLƏR