Ərindən intiqam almaq üçün 3 yaşlı oğlunu öldürdü - FOTO

Ərindən intiqam almaq üçün 3 yaşlı oğlunu öldürdü - FOTO
DÜNYA
12:19 08.09.2021
1893
Brazilyada 20 yaşlı Millena Iris Santos adlı qadın 3 yaşlı oğlu Markos Paulo Vieiranı bıçaqlayaraq, öldürüb. 

O ayrılmış ərindən intiqam almaq üçün bu addımö atdığını deyib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə Braziliyanın Para əyalətində baş verib.

Millena əvvəlcə oğlunu bıçaqlayaraq öldürüb, sonra da özünü eyni bıçaqla vurub.

Yaralandığı zaman çəkdiyi qanlı şəkli sosial şəbəkə hesabında "Arvadını sev. Evlilik ciddidir" başlığı ilə paylaşarkən dostları dərhal polisə xəbər veriblər.

Evə gələn polislər balaca Markosun cansız bədənini tapıblar. Ananın ağır yaralı olduğunu görən yaxınları təcili tibbi yardıma xəbər veriblər və sonra evə gələn sağlamlıq qrupları qadını xəstəxanaya aparıb. 

Xəstəxanada sağalan ana həbsxanaya göndərilib.

Qeyd edək ki, məhkəmənin qərarı ilə keçən həftə mühakimə olunan anaya 29 il 6 ay həbs cəzası verilib.
 
Mikayıl Mirzəzadə

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR