Ərindən intiqam almaq üçün öz oğlunu öldürdü – FOTO

DÜNYA
19:25 16.10.2014
2611
Xəyanət faciəyə səbəb oldu.
Doqquz yaşlı Aşer Lesişen-Kirlan valideynləri arasında nəyinsə baş verdiyini anlayırdı, bir otaqda yatmırdılar, çox az danışırdılar. Amma uşaq, bütün bunların hansı faciə ilə nəticələnəcəyini ağlına belə gətirə bilməzdi.
Maykl Kirlan və Liza Lesişen Koloradoda, Stimbot Sprinqsdə bir yerdə 25 il çox xoşbəxt yaşayıblar. Onlar həyatdolu, idmanı, balıqçılığı və atası ilə gəzməyi sevən yeganə oğulları ilə fəxr edirdilər.
Ailənin xoşbəxtliyi, Lizanın ərinin başqa qadınla yazışmasından xəbər tutduğu an sona çatdı. Faktlarla üz-üzə qalmış Maykl hər şeyi etiraf edib. Cütlük ayrılmaq qərarına gəlir.
Maykl oğluna və ona qarşı maliyyə vəzifələrini yerinə yetirəcəyini vəd etsədə arvadı ona inanmırdı və hər şeyi məhv etdiyini deyirdi.
Bir neçə gün sonra, yerli kitabxanada işləyən Liza, revolver alır. Satıcını ərinin tez-tez səfərə gtdiyini və özünü daha əminlikdə olamsı üün bu silahı aldığına inandırır.
Səhərisi gün isə təxminən səhərə yaxın saat 3-də Maykl güllə səsinə yuxudan oyanır. Oğıunun otağına girərkən dəhəşətli səhnənin şahidi olur: Liza yatan uşağın başına, ayaqlarına və sinəsinə beş dəfə atəş açaraq qətlə yetirib. Liza, şoka düşən ərinə: “Mən nə olduğunu bilmirəm” deyərək öz otağına gedib. Maykl niyə belə etdiyini soruşduqda isə “Sənə əzab vermək üçün” deyə cavabını verib. Bir neçə dəqiqə sonra Lizanın otağındnan atəş səsi gəlib.
Hadisə yerinə glən polis aşeri ölü, Lizanı isə boynundan aldığı ağır yara ilə tapıblar. Onun yanında “Baş verənlərdə günahkar oluğunu unutma, bütün bunların səbəbi sənsən”. yazılan məktub tapılıb.
İntihar cəhdi uğursuz oldu. Liza ölmədi, amma iflic oldu. Onu qətl və ailə zorakılığında ittiham etdilər. Qonşular və qohumlar onun sevimli oğlunu necə öldürdüyünə inana bilmirlər.
Törətdiyi əmələ görə qadın 40 il həbs cəzasına məhkum edilib. Maykl boşanmaq üçün ərizə verib.
Əlində qalan isə valideynlərinin məhəbbət hekayələrinin sona yetdiyi üçün ağır bədəl ödəyən doqquz yaşlı oğlunun əks edildiyi fotodur.
///oxu.az
OXŞAR XƏBƏRLƏR