Ərinə “işinlə məşğul ol” dedi və ... – Bir qətlin TƏFƏRRÜATI

Ərinə “işinlə məşğul ol” dedi və ... – Bir qətlin TƏFƏRRÜATI
SOSİAL
18:12 20.07.2017
5799

 

Həyat yoldaşını qətlə yetirməkdə günahlandırılan Ələkbər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında arvadını xüsusi amansızlıqla, əzab verərək öldürən Ələkbər Quliyevə cəza istəyib. Dövlət ittihamçısı Ələkbər Quliyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

Növbəti proses iyulun 27-nə təyin edilib.

 

İttihama görə, qətl bu il martın 24-də Yasamal rayonu "Qanlıgöl" ətrafında baş verib. Həmin ərazidə kirayədə yaşayan 43 yaşlı Ələkbər Quliyev qısqanclıq zəminində 42 yaşlı həyat yoldaşı Firuzə Quliyevaya küçənin ortasında çoxsaylı bıçaq xəsarətləri yetirib. 10-dan çox bıçaq zərbəsi alan Firuzə Quliyeva hadisə yerində keçinib. Cinayəti törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Ələkbər Quliyev könüllü polisə gələrək təslim olub.

İlkin dindirmələr zamanı təqsirləndirilən şəxs həyat yoldaşını yad kişi ilə gördüyünü deyib. Səbəbini soruşduqda qadın onun tanışı olduğunu deyərək, ərinə "işinlə məşğul ol" söyləyib.
Həyat yoldaşının etinasızlığından qəzəblənən Ələkbər Quliyev bıçaqla arvadının bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirməyə başlayıb.

Ələkbər Quliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham olunur./Publika.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
12:28 25.08.2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
12:12 25.08.2025
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
12:06 25.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO
11:58 25.08.2025
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO