Türkiyədə işə getmək üçün evdən çıxan Süleyman Budak (41 yaş) adlı şəxs silahlı hücumda həyatını itirib.
AZXEBER.COM Türkiyə mediasına istinadə xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində baş verib.
Təmizlik işçisi olan 3 uşaq atası Süleyman Budak səhər saatlarında işə getmək istəyərkən naməlum şəxs tərəfindən tapança ilə atəş açılaraq öldürülüb. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub.
Sonradan Budakın qızının nişanlısı A.G. tərəfindən güllələndiyi, sifarişçinin isə Budakın həyat yoldaşı A.B.-nin olduğu məlum olub.
Həmin anlar kameraya düşüb və mərhumun həyat yoldaşı və kürəkəni daxil olmaqla 8 şübhəlidən 4-ü həbs edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oksana