Ərinin 12 dəfə bıçaqladığı qadının dəhşətli həyatı - VİDEO

Ərinin 12 dəfə bıçaqladığı qadının dəhşətli həyatı - VİDEO
SOSİAL
10:45 06.05.2020
1829
Onların makiyajı həyat yoldaşları tərəfindən edilir. Ya yumruq, ya da təpik zərbələri ilə. Gözlərinin içinə sızan qan qədər vəhşətli, bədənləri kimi qapqara həyat yaşayan bu şəxslər zorakılığa məruz qalan qadınlardır. Elə müsahibimiz də həyatın bu acı tərəfini yaşayan qadınlardan biridir.

AZXEBER.COM APA TV-yə istinadla xəbər verir ki, şərti adı Xalidə Rzayeva olan 30 yaşlı həmin şəxs 17 yaşında onu ilk dəfə görən biri tərəfindən qaçırılıb. Sonradan valideynlərinin razılığı əsasında ailə həyatı qurub. Davaları da evliliyinin ilk günündən başlayıb.

İndi 2 oğul övladı olan Xalidə ailə həyatı qurduqdan sonra ərinin ondan əvvəl iki qadınla evli olduğunu öyrənib. 10 il həyat yoldaşının ona etdiyi zülmə qatlaşsa da bundan artığına gücü çatmayıb. Boşanmaq qərarına gələn Xalidənin həyatının qorxunc hekayəsi isə bundan sonra başlayıb: "7 aydan sonra ağır vəziyyətdə xəstəxanaya düşdüm. O zaman anama dedim ki, iki dəfə evli olub.

Gecə sayaqlayır, səhər durur dava-qırğın salır. Anam dedi ki, eybi yoxdur, bütün kişilər elə olur, söyür, döyür. Nəyin yoxdursa, mən alacam. Məhkəmədə bu iştirak etmirdi. Biz çıxdıq o qapının ağzında gözləyirmiş. Gəlib bizi bıçaqladı. Mənə 12, anama 19 bıçaq zərbəsi vurdu. Anam indi həyatdadır, lakin sağlamlığını itirib, yerimir. Artıq ayaqları işləmir”.

Müsahibimiz artıq 8 aydır ki, Təmiz Dünya İctimai Birliyinin qadın və uşaq sığınacağında qalır. Birliyin sədri Mehriban Zeynalova deyir ki, sığınacaq daha çox zorakılıq qurbanları olan qadınlar üçün xidmət edir. Hazırda sığınacaqda 15 belə qadın var:

"Elə iki gün bundan öncə də bir xanım sığınacağa daxil oldu və iki ildən artıqdır ki, boşana bilmir. Həm iqtisadi, həm psixoloji, həm də fiziki zorakılıq qurbanıdır. Bir paltarda evdən qaçıb gəlmişdi. Bayaq da bir xanım zəng vurmuşdu. Psixoloji zorakılığın o həddindədir ki, bir həftə gizlənib, hər şeydən uzaq olmaq istəyir”.

Məsələnin psixoloji tərəflərinə gəlincə, Elnur Rüstəmov deyir ki, bu halların səbəbi bir çox məqamlardan asılıdır: "Onları qruplaşdırsaq, müəyyən psixi problemi olan insanlar olur ki, onun problemləri həll edilmədikcə, zaman keçdikcə ailə münasibətlərinə yansıyır. Şiddət göstərmək, döymək və yaxud digər təzyiqlər göstərmək fonunda özünü göstərir”.

Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən, döymə, şəxsə fiziki və psixi təsir göstərmə 300 manata qədər cərimə, eyni zamanda 2 aya qədər inzibati həbs cəzası ilə cəzalandırılır:

"Bundan başqa nəzərə almaq lazımdır ki, məişət zorakılığının qarşısını alma 100 manatdan 300 manatadək cərimə, bu pozuntu psixoloji və digər iztirabvermə ilə həyata keçirilirsə, 300 manatdan 500 manatadək cərimə ilə müşahidə olunur”.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il ərzində 1308 məişət zorakılığı ilə bağlı cinayət qeydə alınıb ki, onlardan 33 nəfəri zərərçəkmiş qadınlardır.

Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışsanız, hər an sına bilər. Bu möhkəmliyi qorumaq üçün onu döymək yox, sevmək lazımdır.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb