ABŞ-da yaşayan bir qadın 3 ildir ayrı yaşadığı həyat yoldaşının, başqa bir qadınla evləndiyini “Facebook”dan öyrənib.
AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan gənc qadın "facebook" səhifəsində "Tanıya biləcəyiniz şəxslər" başlığı altında təsadüfən həyat yoldaşının şəklini görüb. Şəkilin üzərinə basdıqda həyat yoldaşının yeni sevgilisinin səhifəsinə daxil olub. Gənc qadın ərinin başqa bir qadınla toy şəkillərini gördükdən sonra həmin qadınla əlaqə saxlayıb vəziyyəti izah edib.
Qeyd edək ki, hər iki qadın onları aldadan kişini məhkəməyə verərək təzminat tələb ediblər.
Ozal İbrahimli