Ərinin həbsindən xəbərsiz olan Aygün ondan ayrılıb?

MAQAZİN
16:29 30.07.2014
24669
Xəbər verdiyimiz kimi, rejissor Kənan Mahmudov (Kənan M. M. ) Vüqar və Vüsal Muradov adlı şəxslərin şikayəti əsasında saxlanılıb.
AZXEBER.COM xəbər verir ki, hadisədən sonra axşam.az rejissorun müğənni həyat yoldaşı Aygün Mahmudova ilə əlaqə saxlayıb. Sənətçi məsələdən xəbərsiz olduğunu bildirib:

“Bu haqda heç nə danışmayacam. Mənim Kənanın həbsindən xəbərim yoxdur. Hazırda Bakıda deyiləm. Heç onunla əlaqə saxlamamışam”.

Aygünün bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Müğənninin yaxınlarının AZXEBER.COM-a verdiyi məlumata görə, müğənniylə rejissor bir müddətdir ki, ayrı yaşayırlar və bu səbəbdən Aygün Kənanın həbsi barədə danışmaq istəməyib. Cütlüyün boşanma ərəfəsində olduqları da deyilib. 

OXŞAR XƏBƏRLƏR