Ərinin pullarını oğurlayan qadın şantaj qurbanı olub - ŞOK TƏFƏRRÜAT

Ərinin pullarını oğurlayan qadın şantaj qurbanı olub - ŞOK TƏFƏRRÜAT
SOSİAL
10:33 02.02.2018
6366
Bakıda mənzildəki seyfdən 58 min dolların oğurlanması hadisəsi ilə bağlı yeni təfərrüat üzə çıxıb.
 
AZXEBER.COM "Sputnik”ə istinadən xəbər verir ki, gənc qadını aldadan kişi onu öz evindən oğurluq etməyə sövq edib. 39 yaşlı zərərçəkmiş ötən il noyabrın 16-da və bu il yanvarın 27-də mənzildə ona məxsus olan seyfdən pulların naməlum şəraitdə yoxa çıxdığını bildirib. Araşdırmalar nəticəsində məlum olub ki, pulları özgəsi deyil, ailə başçısının öz həyat yoldaşı oğurlayıb. Belə ki, seyfdən götürülən pulların hamısının qadının tanışına verdiyi aşkarlanıb. Bununla əlaqədar olaraq qadın və tanışı məsuliyyətə cəlb olunublar.

İlkin ehtimallara görə, qadın evin bütün pullarını öz sevgilisinə verib. Lakin sonradan məlum olub ki, saxlanılan qadınla Ramil Muradovun arasında heç bir sevgi macərası yaşanmayıb. Köhnə əşyalarını satmaq məqsədilə elan saytında yerləşdirən qadının telefon nömrəsini Muradov elə həmin saytdan tapıb. Onunla əlaqə saxlayaraq köməyə ehtiyacı olduğunu deyib. O, qadına Hepatit C xəstəliyindən əziyyət çəkdiyini, müalicəsi üçün pula ehiyacı olduğunu bildirib. Bu yolla qadınla tanışlıq əlaqəsi quraraq ona maddi vəziyyətinin ağırlığından, övladının xəstəliyindən danışıb. Növbəti dəfə isə onkoloji xəstə olan anasının təcili əməliyyat olunması üçün pul lazım olduğunu söyləyib.

Onun sözlərinə inanan qadının ürəyi dözməyib və R.Muradova köməklik göstərmək qərarına gəlib. Odur ki, öz qızıl-zinət əşyalarını yaşadığı binanın yaxınlığındakı aptekin satıcısı vasitəsilə R.Muradova göndərib. Çox keçməyib ki, Muradov ona verdiyi qızılları satdığını, amma bu vəsaitin yetmədiyini deyərək, yenidən pul istəyib. Qadın ona bütün qızıllarını verdiyini, başqa heç nəyi olmadığınıd dedikdə isə R.Muradov bu dəfə şantaja əl atıb.

O, zavallı qadını pul verməyəcəyi təqdirdə aralarında yaxın münasibət olması ilə bağlı ərinə məlumat verəcəyi ilə hədələyib. Yaşanacaq xoşagəlməz hadisədən və ailəsinin nüfuzunu qoruyub-saxlamağa çalışan qadın məcbur olaraq oğurluğa əl atıb. O, mənzildəki seyfdən götürdüyü 58 min dolların hamısını onu şantaj edən R.Muradova verib.

İstintaqla müəyyən edilib ki, R.Muradovun acınacaqlı vəziyyətə düşməsi və pula ehtiyacı olması ilə bağlı qadına dedikləri "WhatsApp” yazışmalarında da öz əksini tapıb

Törətdiyi bu cinayət əməlinə görə, R.Muradova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Zərərçəkmişin həyat yoldaşı cinayət məsuliyyətinə cəlb olunmayacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda moped divara çırpıldı: Ölən var
09:25 16.03.2026
Bakıda moped divara çırpıldı: Ölən var
Lənkəranda ağır qəza: 25 yaşlı gənc öldü, sürücünün vəziyyəti ağırdır
09:20 16.03.2026
Lənkəranda ağır qəza: 25 yaşlı gənc öldü, sürücünün vəziyyəti ağırdır
"Axios": ABŞ İranın Xarq adasında quru əməliyyatı ssenarisini araşdırır
09:05 16.03.2026
"Axios": ABŞ İranın Xarq adasında quru əməliyyatı ssenarisini araşdırır
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:42 16.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"