50 yaşlı Hollivud aktrisası Nikol Kidman əri Kit Urbanla birgə 69-cu Emmi mükafatlandırma mərasiminə qatılıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, "Böyük balaca yalan” (Big little lies) serialındakı obrazına görə, Nikol "Ən yaxşı serial qadın aktrisası” mükafatına layiq görülüb.
Bunu eşidən aktrisa sevincindən serialda əri obrazını oynayan 41 yaşlı avstraliyalı aktyor Aleksand Skarsqardı dodağından öpüb.
"İlin ən yaxşı serial kişi aktyoru” adını alan Aleksandrı hər kəsin, eləcə də ərinin gözü qarşısında öpən Kidman hamını təəccübləndirib.
Maraqlısı budur ki, Urban xanımının bu addımını qətiyyən qısqanmayıb, əksinə alqışlayaraq ona dəstək olub.


