Erkin Rəhimov: "Vaxtından əvvəl doğulmuş uşaqlar müayinə edilməlidir"

Erkin Rəhimov: "Vaxtından əvvəl doğulmuş uşaqlar müayinə edilməlidir"
SOSİAL
14:35 03.11.2021
207
"Vaxtından əvvəl doğulmuş uşaqlarda əmmə refleksi olmadığından bəzən zond vasitəsi ilə qidalandırılırlar. Amma həmin uşaqlar üçün ana südü də çox vacibdir. Ana südü uşaqlarda mədə-bağırsaq problemi yaratmır".

Bu fikirləri Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, bəzən vaxtından əvvəl doğulmuş uşaqlarda gözün torlu qişasında problem olur: "Hətta korluqla nəticələnir. Valideynlər belə problem yaşamamaq üçün körpələri müayinədən keçirməlidirlər. Ümumiyyətlə, vaxtından əvvəl doğulmuş uşaqlar müayinə edilməlidir”.
 
///Report
OXŞAR XƏBƏRLƏR