"Erməni açılımı da Türkiyəyə müsbət heç bir şey gətirməyəcək..."

MARAQLI
18:58 27.12.2010
2012

 

- Sizcə, Türkiyədə ortaya atılan "iki dil" məsələsinin arxasında hansı amilləri durur?

- Uzun müddətdən bəri Türkiyəni etnik əsaslara görə bölmək istəyirlər. Burada dil bölünmə üçün ən önəmli vasitələrdən biridir. Türkiyədə bu təklifi dilə gətirənlər İraqın quzeyindəki idarəciliyi misal gətirirlər. Ancaq İraqın quzeyindəki kürd bölgəsində uzun müddətdən bəri təhsilin kürdcə aparılması nəticəsində artıq bir çox kürd gənci ərəbcə bilmir və İraq xalqından ayrılmış vəziyyətdədir. Eyni şeyi Türkiyə üçün də istəyirlər. Əsas məqsəd odur ki, bu toplum fərqli dillərdə danışsın və bir-birini anlamayan vəziyyətə gəlsin. Bu siyasətin arxasında isə bəzi daxili faktorlar olduğu kimi, xarici faktorlar və ölkələr də durmaqdadır.

- Bu, demokratiyaya doğru atılan addımdır, yoxsa Türkiyənin etnik zəminində bölünməyə aparan bir siyasətdir?

- Bu tələbləri demokratiyanı gücləndirmək üçün edilən addım kimi dəyərləndirmək mümkün deyil. Burada fərdi haqlardan kimsə bəhs etmir, hər kəs ictimai və kollektiv bölünmə istəyir. Bu isə dolayısıyla etnik təməldə bölünməyə hesablanan bir hərəkətdır. Türkiyədə kimsə kürdlərə ana dilində danışmasın demir, əlbəttə, danışsınlar. öyrənmələri üçün də kurslar açılsın. Bu, başqa şeydir, ayrı bir təhsil sistemi tələb etmək tamam başqadır. Bu, bölünməyə gedən yoldur.

- Son illər Türkiyənin daxili və xarici siyasətini əhatə edən məşhur "açılımlar" siyasətinin sonunu neçə görürsünüz? Bu, Türkiyəyə nə verəcək, daha doğrusu, Türkiyəyə nə verdi?

- Köhnədən Türkiyə etimologiyasında "açılım" sözü müsbət məna daşıyırdı. Ancaq sonradan Türkiyədə bu söz adı altında çox yanlış işlər aparıldı ki, artıq bu sözü eşidəndə tez insanın ağlına mənfi fikirlər gəlir. Sadəcə, demokratik açılım deyil, erməni açılımı da Türkiyəyə müsbət heç bir şey gətirmədi, gətirməyəcək də. Bunların artıq Türkiyəni idarə edənlər tərəfindən da başadüşülməsi lazımdır.

Söhbətləşdi: Elnur Eltürk

OXŞAR XƏBƏRLƏR