Erməni rejissor qeyrətə gəldi: "İşğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır”
06:35 12.08.2011
1578
“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin əsasında Ermənistan Azərbaycanın ərazi bütövlüyü prinsipini qeyd-şərtis tanıması dayanmalı, işğal edilmiş ərazilər isə Azərbaycana qaytarılmalıdır. Bundan sonra Azərbaycan və Ermənistan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan insanların təhlükəsizliyinə və yurd-yuvalarına qayıtmaq istəyən şəxslərin qayıdışına təminat verə bilərlər”. APA-nın məlumatına görə, bu fikirləri “Georgia Online” saytına müsahibəsində erməni rejissor, “Cənubi Qafqaz inteqrasiyası: Alternativ start “ ictimai birliyinin rəhbəri Georqi Vanyan söyləyib.
Ermənistanda tanınmış ictimai xadim olan Vanyan rəsmi İrəvanı öz xalqını girov saxlamaqda ittiham edib. Onun fikrincə, Ermənistan hakimiyyətinin hazırkı siyasəti Azərbaycanla sülhə nail olmağa imkan verimir və buna görə bu siyasəti kökündən dəyişmək lazımdır. Georqi Vanyan habelə Ermənistanın Rusiya ilə forpost münasibətlərinin Qərb aləmi ilə əlaqələri inkişaf etdirməyi əngəllədiyini deyib.