Əsrlərlə Azərbaycan xalqının humanizmindən istifadə edərək, ona quyu qazan, antitürk, antimüsəlman təbliğatı aparan bədnam qonşularımızın iç üzünü açan müəllif, düşmənlərin tarixən yeritdikləri siyasət nəticəsində bu günədək 2 milyon soydaşımızın şəhid olduğunu ürək ağrısı ilə qələmə alıb.
Əsərdə “Yuxu”, “Mələk cismində ifritə”, “Şeytan xislətli kilsə”, “Həqiqətin özü”, “Behişt ordusu” və başqa yazılarında müəllif təxəyyülünün gücü ilə bu düşmənçiliyin planlı şəkildə həyata keçirildiyini açmağa çalışıb.