Baş məşqçinin “bərbər”ləri Rusiya yığmasının üzvləri Yana Yeqoryan və Timur Safin olublar. Məmmədovun saçı olimpiadadan əvvəl verdiyi sözə görə qırxılıb.
Belə ki, olimpiadadan əvvəl Məmmədov bildirib ki, Rusiya yığması 2 qızıl medal qazanacağı təqdirdə, başını keçəl qırxdıracaq. Rusiya qılıncoynadanları Rioda iki qızıl medal qazanıblar. Bundan sonra idmançılar məşqçiyə vədini xatırladıblar. Qeyd edək ki, İlqar Məmmədov Azərbaycan Qılıncoyntama Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun oğludur. AzNews.az